51 baxış
Bu yazını paylaşın
Siyasi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrə Ofisinin toplantısı keçirilib

17 Yanvar 2023

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT Cenevrə Ofisinin Ali Səviyyəli toplantısı keçirilib.

Mərkəzdən TELEJURNAL-a bildiriblər ki, “Parçaları toplamaq: Bölünmüş dünyanın bərpasındakı çətinliklər” mövzusunda keçirilən Ali Səviyyəli toplantıda dünyanın 22 ölkəsindən 13 sabiq prezident, 6 sabiq baş nazir və 10-dan çox sabiq xarici işlər naziri iştirak edib.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Nizami İli” çərçivəsində Mərkəz tərəfindən nəşr olunan “Qələmin Sehri” – Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabının xüsusi nəşri Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorinoya və İsveçrənin sabiq Prezidenti Mişelin Kalmi Reyə təqdim olunub.

Tədbir çərvivəsində X Qlobal Bakı Forumunun yekun hazırlıqların müzakirəsi məqsədilə təşkilat komitəsinin dördüncü iclası da keçirilib. Forum çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə beynəlxalq konfransın təşkil edilməsi qərara alınıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…