31 baxış
Bu yazını paylaşın
Dünya

Nikolay Patruşev Finlandiya ilə sərhəddə müşavirə keçirəcək

31 İyul 2023

Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kareliya Respublikasına səfər edəcək.

TELEJURNAL  xəbər verir ki, Nikolay Patruşev Petrozavodskda milli təhlükəsizlik məsələləri ilə bağlı müşavirə keçirəcək, həmçinin regionun sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli olan bir sıra istehsal müəssisələrinə baş çəkəcək.

Qeyd olunub ki, katib mütəmadi olaraq müxtəlif federal dairələrdə milli təhlükəsizliyin aktual məsələlərinə dair görüşlər keçirir.

Xatırladaq ki, Patruşev Kareliyaya sonuncu dəfə 2022-ci ilin avqustunda səfər edib və bu regiondakı işlərin vəziyyətindən yaxşı xəbərdardır. Belə ki, 2013-cü ildən 2020-ci ilə qədər respublikanın yaranmasının 100 illiyinin qeyd edilməsinə hazırlıq üzrə dövlət komissiyasına rəhbərlik edib, sonra isə prezidentin adından Kareliyanın sosial-iqtisadi inkişafına nəzarəti davam etdirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…