26 baxış
Bu yazını paylaşın
Dünya

Nikol Paşinyan üçtərəfli bəyanatı hansı şəraitdə imzaladığını ilk dəfə açıqlayıb

20 İyun 2023

Nikol Paşinyan üçtərəfli bəyanatı hansı şəraitdə imzaladığını ilk dəfə açıqlayıb

“Şuşanın süqutu 2020-ci il 10 noyabr bəyanatının imzalanmasının əsas səbəblərindən biri oldu”.

 

“Telejurnal” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında bildirib.

 

O, üçtərəfli bəyanatı imzalamasından da danışıb: “Mən üçtərəfli bəyanatı niyə məhz noyabrın 9-da imzaladım? Əlbəttə, burada dönüş nöqtəsi Şuşanın azərbaycanlıların nəzarətinə keçməsi idi. Çünki şəhərin təkcə simvolik deyil, həm də strateji əhəmiyyəti var idi”.

 

N.Paşinyan Azərbaycan Ordusunun Şuşanı azad etməsi ilə Xankəndinin zərbə altında qala biləcəyini xatırladıb: “Həmçinin Martuniyə (Xocavənd) təzyiqlər artacaqdı. Ən əsası isə 25 minə yaxın əsgər mühasirədə qala bilərdi”.

 

O qeyd edib ki, noyabrın 9-da müharibəni dayandırmaq üçün 5-ci cəhd edilib. N.Paşinyan bildirib ki, birinci cəhdi oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinin ad günündə edib.

 

Baş nazir Şuşanı saxlamağa cəhd etsələr də, bunun mümkün olmadığını deyib.

 

Onun sözlərinə görə, oktyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin ona Azərbaycan tərəfinin yeni tələbi – onların hesablamalarına görə, 90 faiz azərbaycanlı olan şəhərin əhalisinin geri qaytarılmasına zəmanət verilməsi barədə məlumat verib.

 

“Noyabrın 9-da səhər sənədi imzalayanda məlum oldu ki, Azərbaycan imzalamayıb və yeni şərtlər irəli sürüb”, – N.Paşinyan bildirib.

 

Onun sözlərinə görə, rəsmi Bakı Qazax rayonunun erməni işğalında olan Azərbaycan kəndlərinin qaytarılmasını tələb edib. Bu tələbi N.Paşinyana Rusiya Prezidenti V.Putin çatdırıb.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…