19 baxış
Bu yazını paylaşın
Siyasi

Nigar Arpadarai: Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması Azərbaycanın mühüm nailiyyətidir

05 İyul 2022

Bakı, 5 iyul, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

akıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk konfransı keçirilib. 2019-cu ildən bəri Hərəkatın sədri olan Azərbaycan sözügedən parlamentlərarası platformanın yaradılmasının əsas təşəbbüskarı olub. Qoşulmama Hərəkatı BMT-dən sonra dünya ölkələrini özündə birləşdirən ikinci ən böyük təşkilatdır və buraya 120 ölkə üzvdür. 1961-ci ildə yaradılmış bu təşkilat ilk gündən böyük dövlətlərin fərqli beynəlxalq siyasi oyunlarını həyata keçirdiyi şəraitdə heç bir bloka daxil olmayan, müstəqilliyini və birliyini qorumaq məqsədi ilə birləşən ölkələrin platformasına çevrilib.

Azərbaycanın quruma sədrliyi dövründə dövlətimizin başçısının strateji baxışı və rəhbərliyi altında irəli sürülən təşəbbüslərlə təşkilat əvvəlki fəallığını bərpa etməyə nail olub.

Bu fikirləri  açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

O bildirib ki, bu təşəbbüslərdən biri yuxarıda adı çəkilən Qoşulmama Hərəkatının Parlamentlərarası Şəbəkəsinin yaradılması idi. Şəbəkənin rəsmi təqdimatı ötən il Madriddə, Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində baş tutub. Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən Parlamentlərarası Şəbəkənin Madrid iclasında Bakıda keçiriləcək konfransa hazırlıq işlərinə başlanılıb, çoxlu sayda iştirakçıların cəlb edilməsi üçün işlər aparılıb. Şübhəsiz ki, Bakı konfransında dünyanın 40 ölkəsindən parlament nümayəndə heyətinin, 9 beynəlxalq parlament təşkilatının nümayəndələrinin iştirakı bu təşəbbüsün məhsuldar nəticəsidir. Nümayəndə heyətlərinin tərkibinə 15 ölkənin parlament sədrləri daxil idi.

“Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması nə üçün əhəmiyyətlidir? Cəmi 3 il əvvəl, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyə yeni başlayanda çox az adam təxmin edə bilərdi ki, ikinci Qarabağ müharibəsi zamanı Qoşulmama Hərəkatı Azərbaycan üçün son dərəcə faydalı olacaq və Prezident İlham Əliyevin yüksək diplomatik bacarığı sayəsində bu, Azərbaycanın mövqeyinin aydın və birmənalı şəkildə təqdim olunacağı, dəstəklənəcəyi beynəlxalq platformalardan birinə çevriləcək. Hərəkatın əhəmiyyəti ondadır ki, BMT, ATƏT, AŞ və sair kimi təşkilatlardan fərqli olaraq, burada böyük dövlətlərin dominantlığı daha az nəzərə çarpır. BMT-nin onun Təhlükəsizlik Şurasının daimi üzvləri arasında rəqabət və mübahisənin girovuna çevrilməsinin, Avropa İttifaqı və NATO-nun böyük üzv dövlətlərin əlində alət olmasının və nəticədə kiçik dövlətlərin maraqlarının diqqətdən kənar qalmasının çox şahidi olmuşuq. Hətta Avropa Şurasında belə Qərbi Avropa ölkələri davamlı olaraq Şərqi Avropa ölkələrini sıxışdırmağa, onlara standartlar və ya həll yolları tətbiq etməyə çalışırlar.

Məhz bu səbəbdən də Qoşulmama Hərəkatı Azərbaycanın bu yanaşmalardan faktiki olaraq azad şəkildə, eyni zamanda, dünya ölkələrinin əksəriyyətinə öz səsini çatdıra biləcəyi məkana çevrilib. Müharibə zamanı Azərbaycanın faktiki olaraq informasiya və diplomatik blokadadan çıxması nümunəsinin digər ölkələrdən olan həmkarlarda necə təəssürat yaratdığının şahidi olduq. İstər regiondan, istərsə də daha geniş coğrafiyadan olan üzvlərin gözündə Azərbaycanın statusu bənzərsiz dərəcədə artıb”, – deyə deputat qeyd edib.

Onun sözlərinə görə, parlamentlərarası əlaqələr və parlament diplomatiyası çox önəmli fəaliyyət istiqamətidir. Xarici işlər nazirlikləri tərəfindən həyata keçirilən klassik diplomatik fəaliyyət xalqların dövlətçiliyinin və suverenliyinin ən mühüm alətlərindən biridir. Lakin xarici işlər orqanları öz təbiətlərinə görə müəyyən diplomatik protokol və beynəlxalq hüquqi öhdəliklər çərçivəsində fəaliyyət göstərirlər. Parlament üzvləri isə bu qaydaların çərçivəsi ilə bir o qədər də məhdudlaşmırlar. Şübhəsiz ki, hər bir deputatın xarici siyasət müstəvisində fəaliyyəti zamanı, təmsil etdiyi ölkənin milli maraqlarını əsas tutmalıdır. Eyni zamanda, klassik diplomatdan fərqli olaraq parlament üzvü öz fikrini ifadə etməkdə, eləcə də müzakirə və çıxış üçün mövzu seçməkdə daha sərbəstdir. Bundan əlavə, təmsil etdiyi dövlət onun hərəkətlərinə və ifadələrinə görə birbaşa hüquqi məsuliyyət daşımır. Söhbət daha çox mənəvi və siyasi məsuliyyətdən gedə bilər.

N.Arpadarai diqqətə çatdırıb ki, Azərbaycan son illərdə, xüsusən də müharibə dövründə və müharibədən sonra parlamentin xarici siyasət istiqamətində çox fəaldır. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması isə bu istiqamətdə əlamətdar və mühüm nailiyyətdir. Bu tip beynəlxalq şəbəkələrin yaradılması, onun gücləndirilməsi uzunmüddətli və strateji prosesdir. Azərbaycanın məhz bu Şəbəkənin təşəbbüskarı olması isə mühüm hadisədir.

“Hazırkı qlobal vəziyyəti və beynəlxalq hüquq institutlarının dərin böhranını nəzərə alsaq, bu, ikiqat əhəmiyyətə malikdir. Kiçik və orta dövlətlər daha çox əməkdaşlıq etməli, dünya arenasında onların səsi daha yaxşı eşidilməli, hüquqlarının müdafiəsi üçün real mexanizmlər uğrunda mübarizə aparılmalıdır. Yaşadığımız ədalətsiz dünyada isə buna ancaq prinsiplər və alətlər üzərində səyləri birləşdirmək və razılaşdırmaqla nail olmaq olar. Bunun üçün tutarlı müstəvilərdən biri də yaxın illərdə Qoşulmama Hərəkatının Parlamentlərarası Şəbəkəsi olmalıdır”, – deyən deputt fikirlərini yekunlaşdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…