251 baxış
Bu yazını paylaşın
Siyasi

Nigar Arpadarai: Ermənistanla Azərbaycan arasında münaqişənin mərkəzində bu ölkənin rəsmi Bakıya qarşı ərazi iddiaları dayanır

28 Yanvar 2022

Hətta Ermənistanın özündə belə insanlar bu ölkədəki təsisatlarla bağlı məruzədə təsvir edilən çəhrayı və demokratik siyasi sistem haqqında oxuyanda çox təəccüblənəcəklər. Son vaxtlar siyasi motivli həbslər, siyasi opponentlərin hədə-qorxuya məruz qaldığı və səlahiyyətlərdən sui-istifadə edilən başqa bir Ermənistan da var, onun haqqında yəqin ki, heç eşitməmisiniz. Ona görə də məruzədə əks etdirilməyib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nigar Arpadarainin qurumun qış sessiyasının 9-cu seansında Ermənistan təsisatları ilə bağlı məruzənin müzakirələri ilə bağlı avropalı parlamentarilərə təqdim olunmuş yazılı çıxışında əksini tapıb. Bildirilib ki, məruzədə Qarabağ müharibəsinin nəticələrinə istinad olunur. Vurğulanır ki, müharibə 30 il ərzində Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində baş verib. Müharibə zamanı Ermənistan əsgərləri Azərbaycan torpaqlarında öldürülüb. Buradan sual yaranır: “Həmin erməni əsgərləri Azərbaycan torpaqlarında nə edirdilər?
“N. Paşinyan 2018-ci ildə Ermənistana hakimiyyətə gəldikdən sonra işğala son qoymaq üçün heç nə etmədi. Əksinə, işğal davam etdi, danışıqları təxribata sürüklədi və Qarabağın guya Ermənistan olduğunu açıq şəkildə söyləməyə başladı. Paşinyan administrasiyası demokratiya üçün əsas sınaqlardan birini keçə bilməyib. Demokratik hökumətlər qonşularının torpaqlarını işğal etmirlər. Müzakirəyə çıxarılan məruzədə bu fakt qeyd edilməməklə, o da demokratik sınaqdan keçmir”, – deyə N. Arpadarai qeyd edib.
Ermənistanla Azərbaycan arasında münaqişənin mərkəzində bu ölkənin Azərbaycana qarşı ərazi iddialarının dayandığını vurğulayan deputat bu iddianın Ermənistanın əsas konstitusiya qanununda açıq şəkildə ifadə olunduğunu deyib. Qeyd edib ki, bu əsas məsələ həll olunmayana və Ermənistan onu təmizləməyənə qədər bu ölkənin düzgün demokratiya qurmaq və ya qonşuları ilə uzunmüddətli sülh əldə etmək imkanı yoxdur.
“Əgər məruzə Ermənistana kömək məqsədi güdürsə, təkidlə tövsiyə edirəm ki, bu açıq fakt məruzədə qeyd edilsin. Baş nazir yaxınlarda konstitusiya komissiyasının islahatına dair qərar imzaladığı üçün bu, lap yerinə düşərdi.
Bu, tarixi şansdır, ancaq ondan düzgün istifadə olunacağına şübhə edirəm”, – deyə N. Arpadarai vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…