75 baxış
Bu yazını paylaşın
Siyasi

Nigar Arpadarai: Böhran dövrlərində medianın rolu barədə məruzədə narahatedici məqamlar var

26 Yanvar 2022

Böhran dövrlərində medianın rolu barədə məruzədə jurnalistlər üçün daha çox təhsil, sosial media sahibləri və böyük biznes davranışlarına daha çox nəzarət kimi tam dəstəyə layiq bir sıra çağırışlar təqdirəlayiqdir. Ancaq məruzədə bəzi bəyanatların olması və bəzi məqamların olmaması ciddi narahatlıq doğurur. Avropa Şurasında işimizin əsası olan prinsip-söz azadlığı demək olar ki, unudulub. Məruzədə söz azadlığı nə birbaşa ifadə olunub, nə də nəzərdə tutulub. Əksinə, “senzura ehtiyacı” üçün evfemizm kimi səslənən bir sıra narahatedici anlayışlar təqdim olunub.
“TELEJURNAL” AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai qurumun yanvarın 25-də keçirilən sessiyasında “Böhran dövrlərində medianın rolu” adlı məruzənin müzakirəsində söyləyib.
Bildirib ki, “faktların yoxlanılması” anlayışı zahirən cəlbedici görünə bilər, ancaq bu anlayış da aysberq kimi hökumətlər və korporasiyalar tərəfindən sui-istifadə və manipulyasiyalar üçün böyük sualtı potensiala malikdir. Məruzə medianın idarə edilməsində, ondan hesabatlılıq və özünü məhdudlaşdırma mexanizmi kimi deyil, təbliğat aləti kimi istifadə edilməsində hökumətlərin artan rolunu əsaslandıracaq şəkildə tərtib olunub. Böhranların buna haqq qazandırması arqumenti qəbuledilməzdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…