34 baxış
Bu yazını paylaşın
Siyasi

Niderlandın Oistervijk şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd olunub

31 May 2022

28 May – Azərbaycanın Müstəqillik Günü Niderland Krallığının Oistervijk şəhərində də qeyd edilib, Niderlandın Milli Qəhrəmanı və Medo ləqəbi ilə tanınmış Məmməd Məmmədovun xatirəsi anılıb.

TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Oistervijk şəhərinin meri Hans Yassen, Məmməd Məmmədovun qızı Nansi Dumen və onun ailə üzvləri, Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və bu ölkədə fəaliyyət göstərən assosiasiyaların rəhbərləri, eləcə də Oistervijk şəhər sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları Niderlandın Milli Qəhrəmanı Məmməd Məmmədovun adına olan “Mamedovpad” küçəsini və onun xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Milli Qəhrəmanın abidəsi önünə əklil qoyublar.

Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbirdə milli geyimdə olan “Bayraq Gildiyası” musiqiçiləri çıxış ediblər.

Həmçinin tədbir iştirakçıları Amersfort şəhərinin “Leusden” qardaşlıq məzarında dəfn olunan azərbaycanlı əsgərlərin qəbirlərini də ziyarət edib, üzərinə gül dəstələri qoyublar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…