53 baxış
Bu yazını paylaşın
Siyasi

Niderlandın “Diplomatik Magazine” jurnalı Azərbaycanın xristianlıq dünyasına töhfələrindən yazır

03 Yanvar 2021

Qədim zamanlardan “Odlar Yurdu” adlanan, Şərq dünyasını Avropa ilə birləşdirən Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan Respublikası Cənubi Qafqazın ən böyük ölkəsidir. Əhalisinin əksəriyyəti müsəlman olan dünyəvi Azərbaycan 300 min xristianın, o cümlədən rus və gürcü pravoslavları, slavyan molokanları, Roma katolikləri, alman lüteranları, baptistlər və digər dini icma nümayəndələrinin doğma yurdudur.
Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Niderlandın “Diplomatik Magazine” jurnalında dərc edilmiş “Azərbaycanın xristianlıq dünyasına töhfələri” adlı məqalədə yer alıb.
Məqalədə bildirilir ki, Azərbaycan ölkə daxilində olduğu kimi, beynəlxalq miqyasda da xristian dini abidərlərinin qorunub saxlanmasına böyük töhfələr verib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu İtaliya, Fransa, Rusiya və dünyanın bir sıra digər ölkələrində xristian dini irsi nümunələrinin bərpası sahəsində çoxsaylı nəcib layihələr həyata keçirib. Buna misal olaraq Fondun İtaliya və Vatikanda reallaşdırdığı layihələrindən – Müqəddəs Pietro və Marçellinio, eləcə də Müqəddəs Sebastian katakombalarının, “I Papa Leonun Hun İmperatoru Atilla ilə görüşü” barelyefinin bərpası haqqında söz açılır.
Azərbaycanın İslam və xristian dünyasının bir araya gətirilməsinə xüsusi önəm verdiyi vurğulanan məqalədə qeyd edilir ki, ölkəmizin Fransa, Küveyt, Oman və Mərakeş ilə birlikdə Parisin Luvr Muzeyində İslam Sənətinə həsr olunmuş yeni bölmənin yaradılmasının maliyyələşdirilməsində iştirakı bu baxımdan diqqətəlayiqdir. Ümumilikdə həyata keçirdiyi layihələrlə Azərbaycan xristianlığa və onun mənəvi xəzinələrinə hörmətini nümayiş etdirir.
Diqqətə çatdırılır ki, Papa Francis 2016-cı ildə Bakıya səfəri zamanı Azərbaycanın tolerantlığını və multikulturalizmini yüksək qiymətləndirib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə – IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…