30 baxış
Bu yazını paylaşın
Siyasi

Niderlandda İkinci Dünya müharibəsi qəhrəmanı Məmməd Məmmədovun xatirəsi anılıb

23 May 2022

Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fikrət Axundov Osterveyk şəhərinin meri Hans Yansen, eləcə də Osterveyk şəhərində İkinci Dünya müharibəsi zamanı partizan hərəkatının fəallarından olmuş və “Medo” ləqəbi ilə tanınmış əslən Zaqataladan olan həmyerlimiz Məmməd Məmmədovun ailə üzvləri ilə görüşüb.

TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. Gələcəkdə birgə fəaliyyətlərə dair fikir mübadiləsi aparılıb. Osterveyk və “Medo”nun ata yurdu olan Zaqatalanın qardaşlaşmış şəhərlər olduğunu bildirən şəhər rəhbərinə ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələrə görə təşəkkürünü bildirib. Səfir Niderlandda M.Məmmədovun xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Sonra səfir Fikrət Axundov və mer Hans Yasen Məmməd Məmmədovun ailə üzvləri ilə görüşüblər. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Məmməd Məmmədovun layiq görüldüyü “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” ilə bağlı yubiley medalını onun qızı Nancy Doomen-Mamedovaya təqdim edib. Nancy Doomen-Mamedova atasının xatirəsinin daim yad edilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.

Sonra Məmməd Məmmədovun xatirə lövhəsi qarşısında xatirəsi yad edilib və önünə gül dəstəsi qoyulub. Bildirilib ki, Azərbaycan dünyanın hər yerində azadlıq uğrunda vuruşmuş, şəhid olmuş oğul və qızlarını heç vaxt unutmur.

Xatırladaq ki, İkinci Dünya müharibəsi zamanı Avropanın faşizmdən azad edilməsinə və orada demokratiyanın bərqərar olmasına azərbaycanlılar da böyük töhfələr verib. Müharibədə 600 minə yaxın azərbaycanlı iştirak edib ki, onlardan yarıdan çoxu qəhrəmancasına həlak olublar.

Zaqataladan olan Məmməd Məmmədov İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığına görə 1996-cı ildə Niderland Kralı tərəfindən “Orange-Nassau” ordeninin cəngavər dərəcəsi ilə təltif edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…