256 baxış
Bu yazını paylaşın
Siyasi

Niderland parlamentində Xocalı soyqırımı müzakirəyə çıxarılacaq

30 Mart 2022

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində keçirilən petisiya Niderland parlamentinin Xarici İşlər Komissiyasına təqdim olunub.

Bu barədə “TELEJURNAL” Report-a istinadən xəbər verir.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi Mayisə Ağamirzəyeva bildirib ki, bu məqsədlə komissiyanın görüş üçün müraciətinə müsbət cavab verilib.

Görüşdə qanunvericilik orqanının Xarici İşlər Komissiyasının sədri Attje Kuiken (PvDA partiyası), komissiya üzvləri Agnes Mulder (CDA partiyası), Tunahan Kuzu (DENK partiyası), SP və Bijeen partiyalarının üzvləri iştirak ediblər.

Azərbaycan diasporunu görüşün təşəbbüskarı Mayisə Ağamirzəyeva, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan icmasının beynəlxalq əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyeva, Beniluks Azərbaycanlıları Konqresinin bas məsləhətcisi Lamiyə Babayeva, Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova, Hollanda-Azərbaycan Turk Kültür Dərnəyinin sədri İlhan Askın, diaspor fəalları Günay Bayramova, Sure Gündoğdu və İnci Əlizadə təmsil ediblər.

Görüş zamanı komissiya üzvlərinə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib və XX əsrin sonlarında etnik azərbaycanlılara qarşı törədilmiş dəhşətli qətliamın müzakirəsinin parlamentin gundəliyinə salınmasının bəşəri dəyərlər baxımından önəmli olduğu nəzərə çatdırılıb. Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarına abidə ucaldıldığını vurğulayan diaspor nümayəndələri Niderland parlamentinin ədalətinə güvəndiklərini söyləyiblər.

Görüşün sonunda petisiya və Xocalı soyqırımı həqiqətlərini əks etdirən kitablar, disklər və Vətən müharibəsinin rəmzi olan “Xarı Bülbül” nişanı komissiyanın sədri Attje Kuikene təqdim olunub. Komissiya sədri petisiyanin bütün parlament üzvlərinə paylanılacağını, bu məsələnin komissiyanın iclasında müzakirəyə çıxarılacağını və qərar haqqında Mayisə Ağamirzəyevaya məlumat veriləcəyini bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…