58 baxış
Bu yazını paylaşın
Uncategorized

“Nəvələrimi də götürüb Qarabağı qarış-qarış gəzəcəm”

26 Oktyabr 2020

 

“Evimizdə iki xanım var, deyirəm ki, səgər paltarı geyinin. İçəri girən kimi deyirlər filan yer alındı, belə oldu. Bütün xəbərləri mənə çatdırırlar. Eyni zamanda Prezidentin bütün çıxışlarını izləyirəm”.

Telejurnal.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Alim Qasımov “Birinci studiya”nın qonağı olarkən deyib. Xanənədə son günlər cəbhə bölgəsində yaşananlardan bəhs edib:

“Sevinirəm ki, döyülmüş, qovulmuş, söyülmüş yox, bir insan kimi özümüzü təqdim etdik. Artıq gizlənib yaşamayacağıq, üzüaçıq yaşayacağıq. Bizi artıq səfərlərdə, təyyarədə, başqa yerdə sayacaqlar. Əvvəl də bizə bəlkə belə baxmırdılar, amma özümüz özümüzə belə baxırdıq. Tədbirlərdə mənfur qonşuların musiqiçiləri ilə çıxış edirdik, bəzən razılıq vermirdik. Hər zaman dedi-qodulardan qaçırdım.

Bu yaxınlarda Özbəkistanda məni bir festivala münsif seçdilər. Orada düşmənin də olacağını eşitdim. Qorxdum ki, deyəcəklər düşmənlə yanyana olacam. İmtina etdim. Başqa yerdə də erməni olanda getmirdik. İndi qorxmaq yox, mübarizəyə girişmək lazımdır. Harada erməni var gedib orada konsert verəcəm, mədəniyyətimin üstünlüyü bilinsin. Qorxmamalıyıq, mənəviyyatımızı, idmanımızı qorumalıyıq. Əksinə bundan sonra deyəcəm ki, orada erməni varsa gəlirəm”.

A.Qasımov Qarabağ xatirələrini bölüşüb:

“Süleyman Ələsgərov sonuncu dəfə məni Qarabağa aparmışdı. Orada ağacları gördüm, burada qışda ağacları yalandan qarla bəzəyirlər. Orada təbii həmin görünüşdə idi. Oxuyanlar qaymaq yemir, gətirdilər Şuşa qaymağı qoydular, oturub yeyirəm. Hamı dedi, necə oxuyacaqsan? Amma səsim daha gözəl çıxdı.

Kəlbəcər suyu içmişəm, əsl dərmandır. Ən böyük arzum gedib Kəlbəcərdə qalmaq və o sudan yenidən içməkdir.

Torpaqlarımız tam azad ediləndən sonra ilk işim ailəmi, nəvələrimi götürüb qarış-qarış əsgərlərin ayağı dəydiyi yerlərdən keçmək olacaq. Evdən yemək-içmək də götürüb, Şuşaya qədər gedəcəm. Qarabağa gedim və vətənimə baxım”.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…