52 baxış
Bu yazını paylaşın
Dünya

Netanyahu: “Livanda növbəti partlayış ola bilər” – VİDEO

01 Oktyabr 2020

İsrail Baş naziri Binyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının 75-ci Baş Assambleyasına videomesaj göndərib.

CNNTürk xəbər verir ki, o, videoda Livanda “Hizbullah”ın gizli silah deposunun əks olunduğu xəritəni nümayiş etdirib.

Netanyahu Beyrutda yeni partlayış baş verə biləcəyini iddia edib.

Onun sözlərinə görə, növbəti partlayış Beyrutda Beynəlxalq Hava Limanının yanında baş verəcək, çünki “Hizbullah”ın gizli silah deposu həmin ərazidə yerləşir. O, livanlılara səslənərək İsraildən onlara zərər gəlməyəcəyini deyib:

“İsraildən sizə zərər gəlməz. Amma İrandan gələ bilər. İran “Hizbullah”la birləşib sizin və ailələrinizin həyatını təhlükəyə atır”.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanı yaxınlığında güclü partlayış nəticəsində 171 nəfər ölüb, altı mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, yüzlərlə əmlaka zərər dəyib.

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…