33 baxış
Bu yazını paylaşın
Dünya

Netanyahu İsraili süni intellekt texnologiyasında dünya lideri etmək planlarını açıqlayıb

31 İyul 2023

İsrail hökuməti süni intellekt texnologiyalarının inkişafına əlavə 500 milyon şekel (135 milyon ABŞ dolları – Qeyd) ayırıb və ölkənin yaxın gələcəkdə bu sahədə dünya lideri olacağını gözləyir.

TELEJURNAL  xəbər verir ki, bunu İsrailin Baş nazir Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında deyib.

Onun sözlərinə görə, İsrail hakimiyyəti süni intellekt texnologiyalarının inkişafı üzərində çox işləyir.

“İsrailin elm və texnologiya naziri Ofir Akunusin danışdığı bu infrastrukturla bağlı bilinməlidir ki, biz artıq büdcədə nəzərdə tutulandan əlavə 500 milyon şekel ayırmışıq. Amma biz daha da irəli getmək niyyətindəyik.

Bu infrastrukturu yeni səviyyələrə qaldıracağıq, çünki gələcəyin kimə məxsus olacağı indidən gedir. Biz istəyirik, İsrail dövlətini süni intellekt sahəsində super gücə çevirməliyik. Bu gələcəkdir və biz ora gedirik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…