222 baxış
Bu yazını paylaşın
Siyasi

Nəsiman Yaqublu: Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qətnaməsi xalqlar arasında münasibətləri gərginləşdirir

12 Mart 2022

Otuz il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, həmin bölgələrdə maddi mədəniyyət abidələrini dağıdan, məhv edən Ermənistan barədə heç bir münasibət bildirməyən Avropa Parlamenti bu gün qətiyyən həqiqətə uyğun olmayan qərar qəbul edərək Erməni abidələrinin müdafiəsinə qalxır.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Bu sözləri açıqlamasında “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri Nəsiman Yaqublu söyləyib.
“Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qətnaməsi xalqlar arasında münasibətləri gərginləşdirir və növbəti ziddiyyətlər üçün şərait yaradır. Halbuki, Avropa Parlamenti beynəlxalq qurum olaraq birtərəfli mövqedə qərarlar qəbul etməməli, xalqlar arasında əlaqələrin yaxşılaşdırılmasına, müxtəlif xalqlara aid olan maddi mədəniyyət abidələrinin qorunmasına çalışmalıdır. Odur ki, Avropa Parlamentinin qəbul etdiyi qərarın qətiyyən düzgün olmadığını hesab edirəm”, – deyə N.Yaqublu bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…