32 baxış
Bu yazını paylaşın
Siyasi

Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı tələbləri pozanlar cərimələnəcək

27 İyul 2023

Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı tələbləri pozanlar cərimələnəcək.

Telejurnal-ın  xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Məcəlləyə edilmiş dəyişikliklə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası zamanı “Tullantılar haqqında” qanunun tələblərinin pozulmasına və yaxud yerinə yetirilməməsinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər isə 600 manat cərimə ödəyəcək.

Bundan başqa, digər yeni maddə ilə utilizator tərəfindən utilizatorların reyestetrində onun haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər barədə qanunda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora məlumatın verilməməsinə görə yenə də vəzifəli şəxslərin 300 manat, hüquqi şəxslərin isə 600 manat cərimə ediləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…