61 baxış
Bu yazını paylaşın
İdman

“Neftçi”nin futbolçusu: “Rəhbərliyin etimadını doğrultmağa çalışacağam”

18 İyul 2023

“Klub rəhbərliyi mənə etimat göstərib, bunu doğrultmağa çalışacağam”.

Telejurnal  xəbər verir ki, bunu Rusiyada təlim-məşq toplanışında olan “Neftçi”nin futbolçusu Filip Ozobiç “Matç TV”yə açıqlamasında deyib.

32 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”la 2 illik müqavilə imzaladığını xatırladıb: “Hazırda Rusiyaya qayıtmaq haqqında danışmaq düzgün olmaz. 2013-cü ildə “Spartak”dan ayrıldıqdan sonra bu ölkədən rəsmi olaraq heç kim zəng etməyib. Bəlkə kimsə maraqlanardı, amma belə məlumat mənə çatmayıb”.

Ozobiç Azərbaycanda yaxşı çempionatın keçirildiyini, lakin Rusiyadakı qədər güclü olmadığını söyləyib: “Burada yaxşı futbolçular çoxdur. Amma maliyyə şərtləri çətin ki, rusiyalı oyunçulara uyğun gəlsin. Rusiya Premyer Liqasında yüksək maaş təklif edən böyük klublar var”.

Qeyd edək ki, Filip Ozobiç 2010 – 2013-cü illərdə “Spartak”da çıxış edib. “Neftçi” bu gün yoxlama matçında Moskva təmsilçisi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…