164 baxış
Bu yazını paylaşın
İdman

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023

“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu “Beşiktaş”la keçirəcəyi oyunların yerinin dəyişdirilmə səbəbi müəyyənləşib.

“Ağ-qaralar”ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev  açıqlamasında ilk görüşün İstanbuldan Bakıya keçirilməsinin Türkiyənin digər təmsilçisi “Fənərbağça”nın matçı ilə əlaqədar olduğunu bildirib.

Onun sözlərinə görə, avqustun 10-da “Fənərbağça” Konfrans Liqasındakı birinci oyununu İstanbulda keçirəcəyindən, UEFA “Beşiktaş”ın səfərə yollanmasını qərara alıb.

Avqustun 17-dəki cavab qarşılaşmasında isə “Neftçi” səfərdə meydana çıxacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…

Azərbaycanlı FİFA referisi beynəlxalq turnirə təyinat alıb

03 Avqust 2023
Futzal üzrə FİFA referisi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat…