28 baxış
Bu yazını paylaşın
İdman

“Neftçi” və “Qəbələ” Konfrans Liqasında mübarizəyə başlayır

27 İyul 2023

“Qəbələ” və “Neftçi” komandaları bu gün UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayacaq.

TELEJURNAL-ın  məlumatına görə, II təsnifat mərhələsinin ilk oyununda “qırmızı-qaralar” evdə Kipr “Omoniya”sını qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı rumıniyalı FIFA referisi Andrey Çivulete idarə edəcək.

“Neftçi” isə turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxacaq. Rəqib ölkənin titullu klublarından “Jelezniçar” olacaq. “Qrbavitsa” stadionundakı oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək. Görüşdə ədaləti estoniyalı Yuri Frişer qoruyacaq.

Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
27 iyul

20:00. “Qəbələ” (Azərbaycan) – “Omoniya” (Kipr)
Baş hakim: Andrey Çivulete (Rumıniya)
Qəbələ şəhər stadionu

23:00. “Jelezniçar” (Bosniya və Herseqovina) – “Neftçi” (Azərbaycan)
Baş hakim: Yuri Frişer (Estoniya)
Sarayevo, “Qrbavitsa” stadionu

Qeyd edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi “Sabah” ötən gün Latviyada RFŞ komandasına 2 cavabsız qolla qalib gəlib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…