21 baxış
Bu yazını paylaşın
İdman

“Neftçi” Rusiyadakı turnirə qatılır – “Zenit”dən açıqlama

26 May 2023

“Neftçi”nin yayda Sankt-Peterburqda keçiriləcək turnirdə iştirak edəcəyi dəqiqləşib.

Telejurnal Qol.az-a istinadən xəbər verir ki, bunu sözügedən şəhərin təmsilçisi “Zenit”in baş direktoru Aleksandr Medvedev deyib.

“İyulda biz “Fənərbağça”, “Srvena Zvezda” və “Neftçi” komandalarını Sankt-Peterburqda keçiriləcək turnirdə gözləyirik” – deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, “Neftçi”  yay yoldaşlıq turnirində Moskva “Dinamo”sunu əvəzləyəcək.

Əlavə edək ki, hazırda Ukrayna başda olmaqla bir çox Avropa ölkəsi Rusiya ilə rəsmi və qeyri-rəsmi idman əlaqələrinə qarşıdırlar. Rusiyanın Ukraynaya hərbi təzavüzünə görə bu ölkənin komandaları futbol da daxil olmaqla beynəlxalq yarışlardan kənarlaşdırılıb.  “Neftçi”nin Sankt-Peterburq yarışında iştirakı isə təkcə idman deyil, siyasi baxımdan da Azərbaycan-Ukrayna münasibətlərinə mənfi təsir göstərə bilər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…