61 baxış
Bu yazını paylaşın
Uncategorized

“Neftçi” “Qarabağ”la, “Sabah” “Zirə” ilə üz-üzə

08 Noyabr 2020
Neftçi Qarabağla, Sabah Zirə ilə üz-üzə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha 2 görüşü keçiriləcək.

Bu barədə Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, ilk oyun günündə olduğu kimi, yenə qarşılaşmalar Bakıda gerçəkləşəcək.

Əvvəlcə “Bakcell Arena”da “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gələcək. “Bakcell Arena”da təşkil olunacaq qarşılaşmanın baş hakimi Rəhim Həsənov olacaq.

Avropa derbisi öncəsi “Neftçi” 8 oyundan 14 xalla 2-ci, “Qarabağ” 7 görüşdən 12 xalla 3-cü pillədə qərarlaşıb. Bugünkü matçda qalib gələcək komanda liderliyə yüksələcək. Heç-heçə təqdirində isə klubların mövqeləri dəyişməyəcək.

İndiyədək Neftçi” və “Qarabağ” 80 dəfə qarşılaşıb. Bunların 21-də paytaxt, 29-da Ağdam təmsilçisi qələbə qazanıbsa, 30 oyunda heç-heçə qeydə alınıb. Topların nisbəti də son illərin çempionunun xeyrinədir – 73:85.

Üstünlüyünə rəğmən, “Qarabağ” “Neftçi”yə axırıncı üç matçda qalib gəlməyib. Bakı komandası öz meydanındakı son iki qarşılaşmada qələbə qazanmayıb.

Günün yekun matçında isə “Sabah” “Bank Respublika Arena”da “Zirə”ni qəbul edəcək. Əslində bu görüş noyabrın 6-da keçirilməli idi. Lakin “Sabah”ın heyətində koronavirus şübhəsi olan futbolçuların aşkarlanması səbəbindən oyun bu günə təxirə salınıb.

Son 5 qarşılaşmasından məğlub ayrılan “Sabah” hazırda 6 xalla sonuncu pilləqə qərarlaşıb. Visente Qomesin baş məşqçi olduğu kollektiv axırıncı qələbəsini III turda səfərdə məhz “Zirə” üzərində qazanıb. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv isə hazırda 12 xalla 4-cü pillədə qərarlaşıb. Qələbə təqdirində, “Sabah” bir pillə irəliləyəcək. “Zirə”yə isə qalibiyyət hətta şərikli liderlik qazandıra bilər.

İki komanda indiyədək 8 dəfə üz-üzə gəlib. Bunların 4-də “Sabah”, 2-də “Zirə” üstün olub. Daha 2 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də “Sabah”ın xeyrinədir – 11:9.

Digər tərəfdən, “Sabah”ın ev oyunlarında ən azı 3 qol vurulub. “Zirə” isə son 5 matçda yalnız 1 dəfə uduzub.

Görüşü FIFA referisi Rauf Cabbarov idarə edəcək.

8 noyabr
Azərbaycan Premyer Liqası, IX tur

15:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Orxan Məmmədov
Hakim-inspketor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”

17:00. “Sabah” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”

Qeyd edək ki, ilk oyun günündə “Keşlə” “Qəbələ”ni 3:1, “Səbail” “Sumqayıt”ı 2:1 hesabı ilə yenib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…