28 baxış
Bu yazını paylaşın
Siyasi

Neftçalada Milli Qurtuluş Günü qeyd olunub

15 İyun 2023

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Telejurnal xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov və digər məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Neftçala şəhərində ucaldılan Ümummilli Lider Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər və önünə gül dəstələri düzüblər.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

M.Seyidov tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixinin hər bir vətənpərvər azərbaycanlı üçün əziz olduğunu bildirib.

O xatırladıb ki, Ulu Öndər Heydər Əliyev 30 il öncə yenicə müstəqilliyini qazanan dövlətimizi dağılmaqdan, məhv olmaqdan və vətəndaş qarşıdurmasından xilas edib.

M.Seyidov Ümummilli Liderin düşünülən siyasəti sayəsində Azərbaycanın öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilməsindən, Ulu Öndərin siyasi xəttinin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.

Tədbirdə Cəngan kənd tam orta məktəbinin tarix müəllimi Şərabanı Əhmədova, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev və digərləri çıxış ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın əldə etdiyi uğurlardan danışılıb, Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazılmasından bəhs edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…