105 baxış
Bu yazını paylaşın
İctimai

Nazirlikdən işğaldan azad olunmuş “Suqovuşan”ın əhəmiyyəti ilə bağlı AÇIQLAMA

10 Oktyabr 2020

“Məlum olduğu kimi, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasəti regionda ağır humanitar və ekoloji nəticələrə səbəb olub. İşğal altında olan ərazilərdə regionun təbii sərvətləri talan edilib”.

Bunu telejurnal-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədilib:

“Regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurulub. Burada əsas sahələr – faydalı qazıntı yataqlarının talanı, biomüxtəlifliyin məhv edilməsi, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, su, su anbarları və ətraf mühitin çirkləndirilməsi ümumi ekoloji zərərlər, o cümlədən, əhaliyə dəymiş mənəvi-ekoloji zərərləri vurğulamalıyıq.

Ölkəmizin mühüm su arteriyası olan Araz çayında suyun kimyəvi analizləri göstərir ki, son illər çirklənmə səviyyəsi mümkün normadan dəfələrlə artıq olub. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik su obyektlərimiz var və onlar böyük mənfi antropogen təsirlərə məruz qalır”.

U.Tağıyeva işğaldan azad edilən “Suqovuşan” su anbarı barədə də danışıb:

“Tərtərçay çayı üzərində yerləşən ümumi həcmi 5,86 milyon kub metr olan “Suqovuşan” su anbarı işğaldan azad edilib. İşğal altında olduğu müddətdə Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonunun torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı.

Hazırda “Suqovuşan” su anbarından suyun buraxılması təmin olunub və suların tənzimlənməsi nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda, ekoloji tarazlıq bərpa olunacaq. Hazırda çaydan saniyədə 11-12 kub metr su keçir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…