31 baxış
Bu yazını paylaşın
İctimai

Nazirlik: “Sonsuzluğun uğurla aradan qaldırılması üçün vaxtında düzgün diaqnoz qoymaq vacibdir”

25 İyul 2023

“Sonsuzluğun uğurla aradan qaldırılması üçün vaxtında düzgün diaqnoz qoymaq vacibdir”.

Telejurnal  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ginekoloq Vəfa Qurbanova deyib.

Onun sözlərinə görə, genetik, mikrobiom, həyat tərzi və yaşadığımız mühit arasındakı əlaqələr barədə informasiya həcmi ilbəil artır: “Bu da öz növbəsində gələcəkdə sonsuzluğun diaqnostikası və müalicəsində yeni yanaşmaların tətbiqinə imkan verəcək. Reproduktiv sağlamlıq potensialına və sonsuzluğa səbəb ola biləcək amillər arasında qadın orqanizminin inkişafı ana bətnində olduğu andan başlayaraq, daha sonra uşaqlıq (7 yaşa qədər), prepubertat (yetkinlikdən əvvəlki dövr) və pubertat (yetkinlik) dövrlərinin önəmli məqamlarına xüsusi diqqət yetirilməlidir. Hazırda yoluxucu iltihabi proseslər, piylənmə, düzgün qidalanmama, DNT metilasiyası (DNT nukleotid ardıcıllığının özünü dəyişdirmədən DNT molekulunun modifikasiyası), oturaq həyat tərzi, zərərli vərdişlər (tütünçəkmə, spirtli içkilərin qəbulu və s.) genlərin işinə təsir edən və sonrakı nəsildə patoloji proseslərə səbəb ola biləcək əsas xarici amillərdən hesab olunur”.

Mütəxəssis bildirib ki, cərrahi müalicənin lazımlılığı və vacibliyi məsələsi bir çox məqamlardan asılıdır: “Təbii ki, əsas diqqət sübutlu standartlara və normativ sənədlərə əsaslanan diaqnostikasının aparılmasına və müalicə taktikasının seçilməsinə verilməlidir. Mümkün qədər əsassız invaziv müdaxilələrdən çəkinmə və cərrahi əməliyyatdan sonra yarana biləcək ağırlaşmaların dəyərləndirməsi çox önəmlidir. Bu səbəbdən cərrahi müdaxilə qərarını konsilium şəklində verilməsi məqsədəuyğun hesab olunur”.

“Bir çox hallarda sonsuzluğun səbəbi cütlükdə genetik faktorlarla əlaqəli olur. Problemi müəyyən etmək üçün qadın və kişi genotipində kariotip pozğunluğun olub-olmaması təyin edilməlidir. Təbii ki, bu məqsədlə mütəxəssis genetik konsultasiyası və xüsusi laborator müayinə üsullarından istifadə olunmalıdır. Sonsuzluğu uğurla aradan qaldırılması üçün mümkün qədər tez və maksimal effektiv şəkildə hamilə qalmamağa səbəb ola bilən diaqnozu qoymaq lazımdır. Burada müasir təbabətin tələblərinə uyğun olaraq və sübutlu standartlara əsaslanaraq “4P” prinsipinə uyğun addımlamaq lazımdır – xəstəliklərin inkişafını proqnozlaşdırmaq (prediksiya); xəstəliklərin baş verməsinin qarşısının alınması (prevensiya və ya profilaktika); hər bir xəstəyə fərdi yanaşma (personalizasiya); xəstənin tibbi tədbirlərdə motivasiyalı iştirakı (partisipasiya). Təbii ki, ilk mərhələ mümkün qədər bütün risklərin düzgün qiymətləndirilməsidir. Bu sırada ailəvi və şəxsi anamnestik məlumatlar, yaş faktoru, ekstragenital xəstəliklər, reproduktiv sistemin pozğunluqları, cinsi yolla yoluxan infeksiyaların olması, uşaq və yeniyetmə yaş dövrünün xüsusiyyətləri, reproduktiv davranış, abortların sayı və bir çox digər faktorlar dəyərləndirilməlidir. Hər bir cütlük üçün müasir standartlara və mövcud imkanlara uyğun olaraq fərdi müayinə və müalicə planı tərtib edilməlidir”, – ginekoloq əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…