25 baxış
Bu yazını paylaşın
Siyasi

Nazirlik: Hafiz Əliyevin qanunazidd hərəkətləri ilə bağlı faktlar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib

09 İyun 2023

“Hafiz Əliyevin xidmətdən kənar qanunazidd hərəkətləri ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən xidməti araşdırma aparılmış, o, işdən kənarlaşdırılmış və aşkar edilmiş faktlar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir”.

”Telejurnal.az”xəbər verir.

“Ədliyyə Nazirliyi tərəfindən aşkar edilmiş faktlar istintaqla təsdiqini tapmış və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir”, – deyə Sabitova qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Katibliyinin Məxfi şöbəsinin rəisi Əliyev Hafiz Əli oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla Hafiz Əliyevin həmin vəzifədə işləyərkən 2019-cu ildə Bakı şəhəri ərazisindəki qəsəbələrdən birinə bələdiyyə sədri seçilməsinə köməklik göstərəcəyinə dair vətəndaşa yalan vəd verərək 90 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…