17 baxış
Bu yazını paylaşın
İctimai

Nazirlik: “Bağçada adı siyahıda olan, amma özləri bağçaya getməyən uşaqlar var”

08 Sentyabr 2022

Aparılan monitorinqlər bağçada adı siyahıda gedən uşaqların olduğunu müəyyənləşdirib.

“TELEJURNAL.AZ” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsindən sonra 1700 məktəbəqədər təhsil müəssisəsindən 1500-də monitorinq keçirilib: “Əslində, təqdim olunan tədris məzmunu çoxunda oxşardır. Həll olunmalı bir neçə məsələ var idi. İlk məsələ uşaqların məlumatlarının vahid informasiya sisteminə toplanması idi. Çünki bəzən bağçaya gəlməyib adı sənəddə olan uşaq var idi. Məlumat bazası artıq formalaşdırılıb. İki ay müddətində uşaqların qeydiyyatı ilə bağlı çox şikayət olurdu. Artıq məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu iyulun 22-dən elektronlaşdırıldı. Bəzi çətinliklər hələ də var, çünki bu, yeni fəaliyyətdir”.

Şöbə müdiri bildirib ki, Bakı, Abşeron və Sumqayıt üzrə bağçalara qeydiyyatla bağlı müəyyən problemlər var: “Boş yerlərin sayı ilə qeydiyyata düşmək istəyənlərin sayında ciddi fərq var. Belə ki, Bakıdakı bağçalar üçün təxminən 6000-ə yaxın boş yer olsa da, 30 minə yaxın valideyn müraciət edir. Bəzən yer var, ancaq sistemdə görünmür. Bu kimi hallarla da rastlaşırıq. Bölgələr də var ki, boş yer təqdim olunsa da, ancaq qeydiyyatdan vəmi bir-iki nəfər keçib. Təqvim ilinin sonuna sıxlıq, yer ehtiyacı məsələsində inanırıq ki, yaxşı mənzərəyə nail olacağıq. Yeni bağça qruplarının açılması məsələsinə də baxılacaq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…