18 baxış
Bu yazını paylaşın
Siyasi

Nazirlik: “Azərbaycanda erməni hərbi əsirlər yoxdur, hamısı geri qaytarılıb”

23 May 2023

“Azərbaycan ərazisində erməni hərbi əsirlərin olması iddiasına gəldikdə qeyd edək ki, Azərbaycan müharibə zamanı ələ keçirilmiş hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq Ermənistana geri qaytarıb”.

Telejurnal xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhində əksini tapıb.

“Müharibədən sonra ölkəmizin ərazisində hərbi təxribatlar törətmək məqsədilə Ermənistan tərəfindən göndərilmiş bir qrup erməni hərbçilərə gəldikdə, onların hərbi əsir olmadığı Ermənistan rəhbərliyinə məlumdur. Azərbaycanın xoş niyyət nümayiş etdirərək bu qrupdan olan şəxslərin də demək olar yarısını Ermənistana geri qaytarmasına baxmayaraq, Ermənistan tərəfi yolunu azaraq Ermənistana keçmiş 2 nəfər Azərbaycan hərbçisini qurama məhkəmə işi ilə geri qaytarmaqdan imtina edir və bununla etimad quruculuğu səylərinə zərbə vurur”, – XİN-dən bildirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…