54 baxış
Bu yazını paylaşın
İqtisadi

Nazirlik: 64 obyektdə zəruri qayda və tələblərə əməl olunmadığı müəyyənləşdirilib

23 Noyabr 2020

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) nəzarət tədbirlərini davam etdirir.

Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 19-da keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda “Dəfnə çörək evi”ndə, “Zeytun pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Nəsimi rayonunda “Məntiq kitab evi”ndə, Şəfəq Əliyevaya məxsus ərzaq mağazasında, Xəzər rayonunda Atif Fərziyevə məxsus ticarət obyektində, Səbail rayonunda “Akifoğlu mebel” mağazasında, Fatma Aslanovaya məxsus mağazada, Qaradağ rayonunda Nicat Əliyevə məxsus pərakəndə ticarət obyektində, Nizami rayonunda Baba Şirəliyevə, Tofiq Əsgərova məxsus mağazalarda, Nərimanov rayonunda Fəttah Əliverdiyevə məxsus “Zoo mağaza”da, “Dokta” MMC-yə məxsus “Aptek”də, Yasamal rayonunda “Araz supermarket Elmlər Akademiyası”nda, Müşfiq Əzizova məxsus telefon mağazasında, Suraxanı rayonunda Zülfiqar Şamilova, Mehriban Əsədovaya məxsus mağazalarda, Xətai rayonunda Südabə Zamanovaya, İlkin Abbasova məxsus pərakəndə ticarət obyektlərində, Sabunçu rayonunda Afiq Mahmudova məxsus “Kişi geyimləri” mağazasında, Gəncə şəhərində “Radiotexnika mağazası”nda, “Proqress market”də, Sumqayıt şəhərində “Chanel ətriyyat mağazası”nda, Anar Əvəzova məxsus ticarət obyektində, Abşeron rayonunda Ehtiram Quliyevə, Vüsal Məmmədova məxsus mağazalarda, Sabirabad rayonunda Ağaşəfi Həsənliyə məxsus ticarət obyektində, Şəmkir rayonunda Xıdır Sadıqova, Azər Rüstəmova məxsus mağazalarda, ümumilikdə 64 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinə əməl edilmədiyi müəyyən olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…