542 baxış
Bu yazını paylaşın
İctimai

Nazir müavini: “Şimal bölgəsində yanğınlar 4 min hektar əraziyə ziyan vurub”

20 Avqust 2022

“Avqustun 15-dən şimal bölgəsində yanğınlar davam edir. Təəssüf ki, yanğınlar Şabran, Siyəzən, Quba və Xaçmaz rayonlarında olmaqla, böyük ərazini əhatə edib. Bu, son dövrlərdə baş verən ən böyük yanğın hadisəsidir. Təbiətə böyük ziyan dəyib. İlkin hesablamalara görə, yanğın bələdiyyə, dövlət fondu torpaqları, eləcə də meşələr olmaqla, ümumilikdə, 4 min hektara yaxın əraziyə ziyan vurub”.

“TELEJURNAL.AZ” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Qubada jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini qeyd edib ki, genişmiqyaslı yanğın ilk olaraq Şabran rayonunun Dağbilici kəndi yaxınlığında biçilmiş əkin sahəsindən başlayıb.

“Yanğının əsas səbəbi insan amili ilə bağlıdır. Ümumiyyətlə, ölkəmizdə baş verən yanğınların 98 faizi insanların təsiri ilə baş verib. Ötən beş gün müddətində güclü küləklə müşayiət olunan hava şəraiti oldu. Küləyin sürəti bəzən 18-22 km/san çatırdı. Yanğını fiziki cəhətdən söndürmək mümkünsüzləşirdi. Bəzən yanğınsöndürənlər boğulmaq təhlükəsi ilə üz-üzə qalırdılar. Çox şükür olsun ki, bu yanğın hadisələri zamanı xəsarət alan olmadı. Vətəndaşlarımızdan xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər”, – F.Əliyev söyləyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…