24 baxış
Bu yazını paylaşın
Siyasi

Nazir: Macarıstana qaz nəqlinin başlanması ilə bağlı Azərbaycanla çox uğurlu danışıqlar aparmışıq

19 İyun 2023

“Azərbaycandan Macarıstana qaz nəqlinin başlanması ilə bağlı Azərbaycanla çox uğurlu danışıqlar aparmışıq, müqavilə imzalamışıq, ancaq Cənub-Şərqi Avropadakı infrastruktur problemlərinə görə, bu reallaşdırıla bilinmir”.

 

”Telejurnal.az” Britaniya bürosuna istinaden xəbərinə görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto AŞPA-nın yay sessiyası zamanı çıxışında deyib.

 

O, Macarıstanın təbii qaz və neft baxımından təbii sərvətlərinin olmadığını, bu baxımdan idxaldan asılı olduqlarını qeyd edib.

 

“Hamı başa düşməlidir ki, enerji təchizatı məsələsi siyasi məsələ deyil, siyasi seçimlərlə hər hansı bir əlaqəsi yoxdur. Bu fiziki reallıq məsələsidir. Qaz borularla ötürüldüyü müddətcə biz infrastrukturdan asılıyıq. Biz bu məsələni Avropa İttifaqı ilə müzakirə edərək, onlardan infrastrukturun yaxşılaşdırılması üçün fond dəstəyi istəsək də, bu tələblərimiz cavabsız qaldı”,- deyə nazir qeyd edib.

 

O, Rumıniya, Bolqarıstan, Serbiya, Türkiyə və digər qonşu ölkələrlə bir araya gələrək mövcud infrastruktur porblemlərinin həllinə, bununla da Azərbaycan qazının Macarıstana tezliklə çatdırılacağına ümid etdiyini deyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…