24 baxış
Bu yazını paylaşın
Siyasi

Nazir Macarıstan şirkətlərini azad edilən ərazilərdə aparılan quruculuq işlərində iştiraka çağırıb

03 Fevral 2022

“Azərbaycan və Macarıstan strateji tərəfdaşdır”.

“TELEJURNAL” Report -a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, iki ölkə arasında iqtisadi və ticari münasibətlər təşəkkür tapıb: “Macarıstan Azərbaycana fəal investisiya yatıran ölkələrdən biridir. Əməkdaşlığın bir çox istiqamətləri var. Azərbaycan Macarıstanın obyektiv dost münasibətləri mövcuddur”.

S.Babayev Macarıstan şirkətlərini işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərində iştiraka səsləyib: “Ölkəmiz həmin ərazilərdə bərpa işlərinə çox diqqət göstərir. Bu sahədə əməkdaşlığımız yaxşı təməl yarada bilər. Bu il ərzində çox güman ki, bir çox məcburi köçkün doğma yurdlarına qayıdacaqlar”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…