34 baxış
Bu yazını paylaşın
Siyasi

Nazir: “Laçın sərhəd-buraxılış məntəqəsinin “qeyri-legitim” olduğu iddiaları əsassızdır”

03 Avqust 2023

“Laçın sərhəd-buraxılış məntəqəsinin “qeyri-legitim” olduğu iddiaları əsassızdır”.

TELEJURNAL  xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşdə deyib.

Onun sözlərinə görə, Ermənistanın öz öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmaması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsi, kommunikasiyaların açılmasına maneçilik törətməsi bölgədə sülh və sabitliyə xidmət etmir.

Bununla yanaşı, görüşdə guya Azərbaycanın erməni sakinləri blokadada saxladığı, Laçın sərhəd buraxılış məntəqəsinin “qeyri-legitim” olduğu barədə iddiaların əsassız olduğu vurğulanaraq Ermənistanın Laçın yolunda və sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatları nəzərə alınaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığı bir daha xatırlanıb. Həmçinin Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…