25 baxış
Bu yazını paylaşın
İctimai

Nazir “kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirlərini qiymətləndirib.

26 İyul 2022

“Azərbaycanda “kölgə iqtisadiyyatı”na qarşı mübarizə 2018-ci ilin əvvəllərindən diqqət mərkəzində olmağa başlayıb. Hazırda 3 il yarım keçib və bu da prosesi qiymətləndirmək üçün yaxşı müddətdir”.

TELEJURNAL. az Report-a istinadən  xəbər verir ki, bunu iqtisasiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, cəsarətli və koordinasiyalı addımların nəticəsində bir sıra nəticələr göz qabağındadır: “Belə ki, ən əhatəli addımlardan biri 2019-cu ilin yanvarın 1-dən əmək haqqı islahatı olub. Bu islahat nəticəsində muzdlu işçilərin real əməkhaqqları dövlətin verdiyi qərar nəticəsində “kölgə”dən çıxdı.

Həmin qərarla qeyri-neft, özəl sektorda fəaliyyət göstərən muzdlu işçilərin əməkhaqqı gəlirləri 7 il müddətinə fiziki şəxslərin gəlir vergisindən azad olundu. Bu da təbii olaraq sahibkarları, işə götürənləri, həm də işçiləri şəffaflığa və hesabatlılığa təşviq etdi.

İkincisi bu sahədə sistemli addımlardan biri onlayn kassaların tətbiqi və paralel olaraq “ƏDV geri al” proqramının işə salınmasıdır. Sirr deyil ki, ticarət, ictimai-iaşə,xidmətlər kimi sektorlarda kölgə iqtisadiyyatının həcmi, yəni dövriyyənin yayındırılması çox geniş vüsət almış hal idi. Həyata keçirilən tədbirlər nəticəsində bir tərəfdən sahibkarlar üçün ağrısız keçən müddətdə və alternativli, rəqabətli bazarda seçim imkanları ilə, digər tərəfdən böyük məmnuniyyətlə iştirak etdiyi həmin “ƏDV geri al” layihəsinin nəticəsində biz bu gün ticarət, xidmət, iaşə sahələrində dövriyyə şəffaflaşdırılmasını, rəqabətin bərqərar olmasını görürük”.

Digər tərəfdən, elə sahələr var idi ki, belə desək, “kölgə iqtisadiyyatı”nın alətləri, elementləri daha qabarıq şəkildə görünürdü:

“Məsələn, aksizli mallar, xüsusən tütün malları, alkoqol istehsalında və s. sahələrdə daha çox sistemli addımlarla yanaşı, xüsusi inzibati tədbirlərlə təmin edilib. Hesab edirəm ki, bu gün bu sahələrdə də biz istədiyimiz nəticələri görə bilirik”.

M.Cabbarov vurğulayıb ki, vergi mədaxili “kölgə iqtisadiyyatı”nı ölçmək üçün əsas indikatorlardan biridir: “Belə ki, bu ilin 6 ayında Azərbaycanda qeyri-neft sektorundan vergi daxilomaları ötən ilin eyni dövrü ilə müqayisədə 49 % artıb. Ümumilikdə bu ilin 6 ayında qeyri-neft sektorundan vergi daxilomaları 2017-2018-ci illərdəki vergi daxilolmalarının həcminə bərabərdir. Bu özlüyündə həmin sahədə aparılan işin potensialını əks etdirir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…