230 baxış
Bu yazını paylaşın
Siyasi

Nazir: Kanada Azərbaycanın ərazi bütövlüyünü və Xocalı qətliamını faciə kimi tanıyır

02 Aprel 2022

Kanada hökuməti Xocalı qətliamını dəhşətli faciə kimi tanıyır və həyatını itirənləri və davam edən iztirabları böyük hüznlə yad edir. Kanada Xocalı qətliamı kimi faciəli mülki insan itkisinin heç vaxt təkrarlanmaması uğrunda qətiyyətlə çıxış edib.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bu fikirlər Kanadanın xarici işlər naziri Melani Jolinin bu ölkədəki azərbaycanlı icmanın yerli hökumətə ünvanladığı petisiyaya cavabında yer alıb.

“Kanada BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair bütün qətnamələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır”, – nazirin azərbaycanlı icmaya cavabında bildirilib.

Qeyd edilir ki, Kanada sərhədlərin demarkasiyası və delimitasiyasının ikitərəfli mexanizmlərinin yaradılması, həmçinin Ermənistan və Azərbaycan arasında regional əlaqə əlaqələrinin bərpası kimi mühüm etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üzrə liderlər səviyyəsində dialoqun davam etdirilməsini təşviq edir.

“Kanada regiona sülh və sabitliyin gətirilməsi istiqamətində təşəbbüsləri dəstəkləməyə davam edəcək və bu səylərə töhfə verməyə hazırdır”, – nazir əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…