35 baxış
Bu yazını paylaşın
İctimai

Nazir İsmayıllı şəhəri 6 nömrəli məktəbdə oldu

27 May 2023

Elm və təhsil naziri Emin Əmrullayev İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbi ziyarət edib.

 

“Telejurnal” xəbər verir ki, təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olan nazir məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, tədris prosesini izləyib.

Bildirilib ki, Natiq Behdiyev adına İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəb 720 şagird yerlikdir. 2021-ci ildə istifadəyə verilən yeni məktəb binası üçmərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Tədris ocağında 752 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə isə 54 müəllim məşğul olur.

 

Emin Əmrullayev daha sonra məktəbin olimpiada və buraxılış imtahanlarında uğur qazanmış şagirdləri, eləcə də ulu öndərin 100 illik yubileyinə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi ilə görüşüb.

Məktəbdə fəaliyyət göstərən STEAM Mərkəzində yaradılmış şəraitlə də tanış olan Emin Əmrullayev pedaqoji kollektivə və şagirdlərə uğurlar arzulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…