22 baxış
Bu yazını paylaşın
Siyasi

Nazir: “İranla Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələri bərpa edəcəyimizə inanırıq”

05 İyul 2023

“İranla Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələri bərpa edəcəyimizə inanırıq”.

Telejurnal  xəbərinə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Araz koridorunun açılması ilə əlaqədar İran Prezidentinin göstərişi var: “Bu isə xüsusilə kommunikasiya sahəsində İran-Azərbaycan münasibətlərinin inkişafına ciddi təkan verəcək”.

Nazirin fikrincə, bu koridor Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinə önəmli təkan olacaq.

Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub.

“Biz cənab Prezident İlham Əliyevlə tarixi kommunikasiyaların davamı olaraq dəmiryolu nəqliyyatının tezliklə açılması barədə razılığa gəlmişik. Biz həmçinin regiondakı vəziyyətlə bağlı çox geniş müzakirələr apardıq”, – XİN başçısı söyləyib.

“İran və Azərbaycan xalqları demək olar ki, regionda ən çox ortaq məxrəcə malik olan xalqlardır. Biz anlaşılmazlıqları aradan qaldıraraq ölkələrimiz və xalqlarımız arasındakı müşətərək əlaqələri yenidən bərpa edə bilərik. Cənubi Qafqazdakı bütün problemlərin sülh və danışıqlar yolu ilə həll oluna biləcəyinə inanırıq”, – Hüseyn Əmir Abdullahiyan vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…