36 baxış
Bu yazını paylaşın
Siyasi

Nazir: Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı yeni təkliflər verib

03 Fevral 2022

Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı yeni təkliflər verib. Lakin torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı hər hansı bir şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə də mənəvi haqqı var.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 3-də macar həmkarı Peter Siyarto ilə keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanın Ermənistana cavabında bu prosesə heç bir qeyd-şərt olmadan başlaya biləcəyi ifadə olunub. Bu, təcrübələrə əsaslanan prosesdir, prosesin başlaması üçün dırnaqarası icadlara ehtiyac yoxdur. Ermənistanın buna haqqı yoxdur. Bu məsələdə Azərbaycanın mövqeyi bəllidir.
Prosesə başlamaq üçün ilkin şərtlərin irəli sürüldüyünü deyən nazir vurğulayıb: “Ermənistan tərəfi komissiyanın işə başlaması üçün müəyyən şərtlər irəli sürüb. Azərbaycan heç bir qeyd-şərt olmadan bu prosesə açıq olduğunu bildirib”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…