58 baxış
Bu yazını paylaşın
Siyasi

Nazir Ceyhun Bayramov qambiyalı həmkarı ilə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıb

12 Mart 2022

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 12-də Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdə yaşayan qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verirki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazirlər ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Qambiya naziri Azərbaycanda 2020-ci ildə səfərdə olduğunu və keçirilən yüksək səviyyəli görüşləri məmnunluqla xatırlayıb. İki ölkə arasında təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsi ilə bağlı qarşılıqlı razılıq ifadə olunub.
Azərbaycan hökuməti tərəfindən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə təhsil təqaüdünün ayrıldığı və bu çərçivədə, Qambiya gənclərinin də bu təqaüdlərdən faydalanmaq imkanları xüsusilə qeyd edilib.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…