27 baxış
Bu yazını paylaşın
İdman

Nazim Babayev Avropa Oyunlarında iştirak edə bilməyəcək

17 İyun 2023

Polşada keçiriləcək 3-cü Avropa Oyunlarında iştirak edəcək atletika üzrə milli komandamızın heyətində məcburi dəyişikliklər edilib.

Telejurnal Qol.az-a istinadən xəbər verir ki, uzunluğa tullanma yarışlarında ölkəmizi təmsil etməli olan Nazim Babayev zədə səbəbindən mötəbər yarışa qatıla bilməyəcək. Babayev ötən həftə keçirilən əməkdar məşqçi Əfqan Səfərovun beynəlxalq memorialında zədələnib və müayinədən sonra atletimizin Avropa Oyunlarında çıxışı məqsədəuyğun hesab edilməyib. Bu yarışda Nazimi Kəsgin Abbaszadə əvəz edəcək.

Xatırladaq ki, son ölkə çempionatında yalnız Nazim Babayevdən geri qalan Abbaszadə 7.83 metr göstərici ilə U 20 və U 23 Azərbaycan rekorduna sahib çıxmışdı. Əlhəm Nağıyev də eyni səbəbdən heyətdən kənarda qalıb. Polşada 100 və 200 metr məsafələrə qaçışda Aleksey Əliəkbərov  mübarizə aparacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…