35 baxış
Bu yazını paylaşın
İctimai

Naxçıvanın səhiyyə naziri vəzifəsindən azad olunub, nazir əvəzi təyin edilib

12 Aprel 2023

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov vəzifəsindən azad edilib.

TELEJURNAL-ın yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respubliksı Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Bu gün imzalanan digər sərəncamla Samiq Asəf oğlu Sadıxov Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini təyin edilib. Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Samiq Sadıxova verilib.

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Samiq Sadıxovu kollektivə təqdim ediblər.

Təqdimatdan öncə səhiyyə naziri Teymur Musayev ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, ulu öndərin xatirəsinə ehtiramını bildirib.

Təqdimat zamanı Fuad Nəcəfli və Teymur Musayev Naxçıvanda səhiyyə sahəsində fəaliyyəti geniş təhlil edib, buraxılan nöqsanlara diqqət çəkib, işin müasir dövrün tələblərinə uyğun yenidən təşkili barədə tapşırıq və tövsiyələrini çatdırıblar.

Qeyd edək ki, 1987-ci ildə Naxçıvan şəhərində anadan olan Samiq Sadıxov bu təyinatadək “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsində çalışırdı.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…