37 baxış
Bu yazını paylaşın
Siyasi

Naxçıvanda göldə batan uşağı və anasını xilas etməyə çalışarkən ölən polis serjantı təltif olunub

24 İyul 2023

Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilib.

Telejurnal  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla öz həyatı təhlükə altında olduğu halda insan həyatını xilas etdiyinə görə polis baş serjantı Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilib (ölümündən sonra).

Qeyd edək ki, iyulun 21-də xidmətdən kənar vaxt ailəsi ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölünün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası, 1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…