66 baxış
Bu yazını paylaşın
Siyasi

Naxçıvan Muxtar Respublikasının bütün şəhərlərinin baş planı hazırlanacaq

13 İyul 2023

“Naxçıvan Muxtar Respublikasının bütün şəhərlərinin baş planları hazırlanacaq”.

Telejurnal-ın  xəbərinə görə, bunu Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iyulun 13-də Naxçıvan şəhərində yeni “Ümid” yaşayış kompleksinin istifadəyə verilməsi zamanı sakinlərlə görüşdə deyib.

O bildirib ki, Naxçıvanda indiyə qədər aparılan tikinti işlərində nöqsanlara yol verilib, əhalinin mülkiyyət hüququ pozulub, aparılan tikinti işlərində funksionallıq və memarlıq işi lazımi səviyyədə olmayıb.

F.Nəcəfli söyləyib ki, bu gün hazırlanan yeni layihələr isə elmə yanaşma və qanunvericiliyin tələblərinə əsaslanır: “Təəssüf ki, muxtar respublikada Naxçıvan şəhərindən başqa, heç bir şəhərin baş planı yoxdur. Naxçıvan şəhərinin baş planı 1984-cü ildə hazırlanıb. Baş planda isə həmin ildən indiki dövrə qədər şəhərdə baş verən inkişafla bağlı heç bir qeydiyyat aparılmayıb. Zərurət nəzərə alınaraq, muxtar respublikanın bütün şəhərlərinin baş planları hazırlanacaq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…