59 baxış
Bu yazını paylaşın
Müsahibə

“Naxçıvan eko-terrorla üz-üzədir. Ermənilərin daha bir cinayətinə göz yummamalıyıq”-Elman Cəfərli

05 İyul 2023

Elman Cəfərli mövzu ilə bağlı Telejurnal.az-a açıqlama verib.

O bildirib ki, Ermənistan Amerika şirkəti ilə birlikdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində – Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar yatırılacaq:

“Ermənistan mətbuatının yaydığı məlumata əsasən bu, böyük istehsal müəssisəsi olacaq. Belə ki, zavodun sahəsinin 16 500 kvadratmetr olması nəzərdə tutulur. Bu müəssisə zərərli istehsalat tullantılarını Araz çayına axıdacaq”.

E. Cəfərli qeyd edib ki, bu xəbər Azərbaycanda böyük narahatlıqla izlənilir:

“Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və vətəndaş cəmiyyəti institutları məsələ ilə bağlı etiraz bəyanatları veriblər. Əvvəla, Ermənistan “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozub. İrəvanın özünün də imzaladığı həmin konvensiyaya görə, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Biz narahat edən əsas məsələ odur ki, ermənilər 30 illik işğal dönəmində Azərbaycanın yeratlı sərvətlərinə, flora və faunasına, meşə örtüyünə, su resurslarına qarşı amansız terror siyasəti həyata keçirib. Sərvətlərimiz barbarcasına talanıb. Torpaqlarımızda zərərli tullantılar basdırılıb, zəhərli maddələr çaylarımzıa axıdılıb. Transərhəd Oxuçayın başına gətirilənlər göz önündədir. Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Bununla bağlı ekoloqlarımız, vətəndaş cəmiyyəti fəalları dəfələrlə beynəlxalq təşkilatlara müraciət edib”.

O əlavə edib ki, ermənilər bu cinayəti də əcnəbi sərmayə ilə – Almaniya şirkəti “Cronimet”lə birgə ediblər:

“ Hesab edirik ki, Arazdəyəndə tikilən metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Araz çayı onsuz da Ermənistan tərəfindən kifayət qədər çirkləndirilib.

Araz çayının sol qollarından biri olan Razdan öz suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yer tutur. Razdan, Çarensavan, Abovyan, Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. 1980-ci illərdə Razdana buraxılan çirkab sularının orta illik miqdarı 210 mln. m3 təşkil etmişdi. Yay aylarında Arazda səviyyə aşağı düşdüyü dövrdə Razdanda çirkab sularının sərfi azalmır. Nəticədə “Araz” su qovşağı su anbarında çox təhlükəli vəziyyət yaranır. İsti hava şəraitində suyun “çiçəklənməsi” baş verir və balıqların kütləvi qırılmasına səbəb olur”.

E. Cəfərli son olaraq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı bu mövuya toxunub.

“İndi Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində xarici şirkətin cəlb olunması ilə transsərhəd ekoloji fəlakət törətməkdə davam edir”.

Bununla Ermənistanın 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir”.

Mehin Vəliyeva

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…