20 baxış
Bu yazını paylaşın
Siyasi

Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika” statusu verilib

24 İyul 2023

Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika” statusu verilib.

Telejurnal-ın  xəbərinə görə, bununla bağlı təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparat rəhbəri Aləm Bağırov 1983-cü ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Filarmoniyası barədə məlumat verib. Qeyd olunub ki, Naxçıvan Dövlət Filarmoniyasının professional musiqi kollektivi kimi formalaşdığını, peşəkar musiqi sənətinin yaşadılmasında xidmətlərini və uğurlu fəaliyyətini nəzərə alaraq dövlət filarmoniyasına “muxtar respublika” statusunun verilməsi qərara alınıb.

Vurğulanıb ki, filarmoniyaya bu yüksək statusun verilməsi Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin filarmoniyanın əməkhaqqılarına yenidən baxılması təşəbbüsü nəticəsində olub.

Bu barədə qərarı diqqətə çatdıran Aləm Bağırov 1 iyul 2023-cü il tarixindən filarmoniya əməkdaşlarının aylıq vəzifə maaşlarına müvafiq dərəcə diapazonuna uyğun olaraq hər ay 40 manatdan 200 manatadək məbləğdə əlavə ödəniləcəyini bildirib.

Aparat rəhbəri deyib ki, Naxçıvan Dövlət Filarmoniyasının kollektivinin maddi təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi işçilərinin məsuliyyətini artırmaqla yaradıcı heyət qarşısında yeni tələblər qoyur. Belə ki, filarmoniya bundan sonrakı fəaliyyəti ilə muxtar respublika əhalisinə yüksək səviyyəli mədəni xidmət göstərməli, müasir səhnə sənətinin inkişafını təmin edən yaradıcılıq axtarışları aparmalı, milli mədəniyyətin və incəsənətin inkişafında xüsusi rola malik olmalıdır.

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov və filarmoniyanın əməkdaşları atılan bu addımı yüksək qiymətləndirib, minnətdarlıqlarını bildiriblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…