19 baxış
Bu yazını paylaşın
Siyasi

NATO və Azərbaycan arasında enerji təhlükəsizliyi dialoqu keçirilib

16 May 2023

NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında ilk dəfə olaraq Daimi Nümayəndələrin Müavinləri Komitəsi (DPRC) formatında Alyans və Azərbaycan arasında enerji təhlükəsizliyi üzrə dialoq baş tutub.

 

“Telejurnal” xəbər verir ki, iclasda Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanov, Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə, habelə nümayəndəliyin heyəti iştirak edib. Nazir müavini E.Soltanov NATO mənzil-qərargahına səfəri çərçivəsində, həmçinin NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina və Beynəlxalq Katibliyin İqlim və enerji təhlükəsizliyi bölməsinin rəhbəri Mixael Rühle ilə ikitərəfli görüşlər keçirib.

 

Müzakirələr zamanı E.Soltanov Azərbaycanın uğurlu enerji strategiyası, “Cənub Qaz dəhlizi”nin əhəmiyyəti, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfələri, bərpa olunan enerji mənbələri sahəsində imkanlar və yeni perspektiv layihələr barədə müttəfiq dövlətlərə məlumat verib.

 

NATO üzv dövlətləri Azərbaycanın Alyansın etibarlı və önəmli tərəfdaşı olduğunu vurğulayıb. Müttəfiq dövlətlər ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfələrini yüksək qiymətləndirib və bu çərçivədə perspektiv layihələrin əhəmiyyətinə toxunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…