47 baxış
Bu yazını paylaşın
Dünya

NATO ölkələri Şimali Koreyanın raket və nüvə proqramını pisləyib

12 İyul 2023

NATO ölkələri Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan ballistik raketlər və kütləvi qırğın silahları hazırlamaq proqramlarını pisləyib.

Telejurnal xəbər verir ki, bu barədə alyansın Vilnüsdə keçirilən sammitinin birinci gününün yekun bəyanatında deyilir.

“Biz KXDR-in BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini pozan ballistik raket və kütləvi qırğın silahları proqramlarını qəti şəkildə pisləyirik”, – sənəddə bildirilir.

NATO dövlətləri Pxenyanı dialoqa qayıtmağa və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tələblərinə əməl etməyə çağırıb. Alyans, həmçinin Şimali Koreyanı ABŞ, Koreya Respublikası və Yaponiyanın dialoq dəvətlərinə müsbət cavab verməyə səsləyib.

“Hind-Sakit okean regionu NATO üçün vacibdir, çünki orada baş verən hadisələr Avro-Atlantik regionda təhlükəsizliyə birbaşa təsir edə bilər. Biz Asiya-Sakit Okean regionundan olan tərəfdaşlarımızın – Avstraliya, Yaponiya, Yeni Zelandiya və Koreya Respublikasının Avro-Atlantik regionun təhlükəsizliyinə, o cümlədən Ukraynanı dəstəkləmək öhdəliyinə töhfəsini alqışlayırıq”, – bəyanatda qeyd edilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…