15 baxış
Bu yazını paylaşın
Siyasi

NATO ölkələri İranın nüvə silahı yaratmasına icazə verməyəcək

12 İyul 2023

NATO ölkələri İranın nüvə silahı yaratmasına icazə verməyəcək və onu beynəlxalq öhdəliklərə əməl etməyə çağıracaq.

Telejurnal  xəbər verir ki, bu barədə alyansın Vilnüsdə keçirilən sammitinin birinci gününün yekunlarına dair dərc olunmuş bəyanatında deyilir.

Sənəddə deyilir: “Biz İranın nüvə silahı yaratmasının qarşısını almaqda qərarlı olduğumuzu bir daha bəyan edirik. Biz İranın nüvə proqramının inkişafından dərin narahatıq”.

Sammit iştirakçıları İranı nüvə silahının yayılmaması haqqında müqavilədə nəzərdə tutulan təminat sazişi üzrə hüquqi öhdəliklərə, habelə nüvə silahının yayılmaması ilə bağlı siyasi öhdəliklərə əməl etməyə çağırıblar.

Bundan əlavə, alyans ölkələri İranı BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində nəzərdə tutulan məhdudiyyətlərlə bir araya sığmayan ballistik raket fəaliyyətlərini dayandırmağa çağırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…