39 baxış
Bu yazını paylaşın
Siyasi

NATO-nun bir neçə ölkəsi Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlayır

10 İyul 2023

NATO ölkələrindən ibarət kiçik bir qrup Vilnüsdə keçiriləcək ittifaq sammitinə qədər Ukraynaya təhlükəsizlik zəmanətləri haqqında sənədi razılaşdırmaq üçün danışıqlar aparır.

Telejurnal  xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bir neçə həftədir ki, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Ukrayna ilə təhlükəsizlik təminatlarını müzakirə edir, həmçinin hərbi blokun digər müttəfiqləri, Avropa İttifaqı və G7 ilə əlaqə saxlayır.

Məqalədə deyilir ki, Qərb müttəfiqlərindən ibarət kiçik bir qrup NATO-nun Litvada keçiriləcək sammiti ərəfəsində Ukraynanın təhlükəsizliyinin təminatına dair bəyannaməni yekunlaşdırmaq üçün “qabaqcıl” və “son dəqiqə” danışıqları aparır.

“Politico”nun NATO-dakı mənbəsinin sözlərinə görə, hər bir maraqlı ölkə Ukrayna ilə ikitərəfli əsasda ölkə qarşısındakı öhdəliklərini müəyyən etməli olacaq ki, bu da fərqli ola bilər.

Onun sözlərinə görə, Kiyevə zəmanət veriləcək ki, bu ölkələr hələ uzun müddətə Ukraynaya silah tədarük edəcək, ordusunu maliyyələşdirəcək, əsgərlərinə məsləhətlər verəcək və təlim keçəcəklər ki, onlar gələcək təcavüzə qarşı çəkindirici qüvvəyə malik olsunlar.

Vurğulanıb ki, ABŞ prezidenti Cozef Bayden iyulun 10-da Londonda Böyük Britaniyanın baş naziri Rişi Sunakla görüşündə son detalları müzakirə edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…