36 baxış
Bu yazını paylaşın
Dünya

NATO Baş katibi: “Putin daha böyük müharibəyə hazırlaşır”

05 Aprel 2023

 

 

“Rusiya Prezidenti Vladimir Putin sülhə yox, daha böyük müharibəyə hazırlaşır”.

TELEJURNAL xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasının ikinci günündə etdiyi çıxışı zamanı deyib.

O bildirib ki, NATO öz təhlükəsizlik imkanlarını gücləndirməyə, Ukraynaya yardım göstərməyə və Rusiyanın təzyiqi altında olan digər tərəfdaşlarına dəstək verməyə davam edəcək: “Mən dünən Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə danışdım. Biz qərara gəldik ki, NATO müttəfiqləri Ukraynaya dəstəyi davam etdirsin və artırsın. Məqsədimiz Ukraynanın qalib gəlməsidir”.

Baş katibin sözlərinə görə, NATO Moldova, Gürcüstan və Bosniya və Herseqovina da daxil olmaqla Rusiyadan təzyiq hiss edən digər tərəfdaşları da dəstəkləyəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…