72 baxış
Bu yazını paylaşın
Dünya

NASA zondu “Bennu” asteroidindən 250 qram torpaq nümunəsi götürüb

08 İyul 2022

Bakı, 8 iyul, TELEJURNAL  AZƏRTAC-a istinadən xəbər verir ki,

ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Agentliyinin (NASA) OSIRIS-REx kosmik zondu “Bennu” asteroidindən 250 qram torpaq nümunəsi götürüb. Kosmik aparat 2018-ci ilin dekabrında “Bennu” asteroidinə çatıb və 2020-ci ildə enmədən öncə oranı tədqiq edib.

Kyodo News agentliyinə xəbər verir ki, toplanan materiallar 2023-cü ilin sentyabrında Yerə çatdırılmalıdır. NASA həmin nümunələrin bir hissəsini 2020-ci ilin dekabrında Yerə qayıdan “Hayabusa2” zondunun “Ryuqu” asteroidindən əldə etdiyi materialı onlarla bölüşən Yaponiyanın Kosmik Agentliyinə verməyi planlaşdırır.

Qeyd edək ki, asteroidlərin təxminən 4,6 milyard il bundan öncə Günəş sisteminin formalaşmasından sonra qalan qalıqlar olduğu güman edilir. Onların öyrənilməsi Günəş sisteminin formalaşması haqqında yeni bilgilər verə bilər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…