215 baxış
Bu yazını paylaşın
Dünya

NASA rəhbəri: “Yer sakinləri Aya yaşamaq və təhsil almaq üçün gedəcək”

29 Avqust 2022

“Yer sakinləri Aya yaşamaq və təhsil almaq üçün gedəcək”.

“TELEJURNAL.AZ”ın məlumatına görə, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson NBC telekanalına bildirib.

NASA rəhbərinin sözlərinə görə, məhz bu vəzifələrin miqyası astronavtların Yerin peykinin səthinə yeni enişinə bu qədər uzun müddətli hazırlıq faktını izah edir.

Aya astronavtların növbəti enişinin məqsədi insanın Yerin təbii peykində daha uzun müddət qalmasını təmin etmək olacaq ki, bu da yeni texnologiyaların yaşamasını və öyrənilməsini nəzərdə tutur.

“Biz yalnız Aya eniş, orada bir neçə gün qalıb uzaqlaşmaqdansa, daha uzun müddət qalmağa diqqət yetirməliyik”, – Nelson deyib.

NASA rəhbəri bununla yanaşı əlavə edib ki, yaxın perspektivdə insanların Ayda yaşaması mümkün deyil. Bunun üçün insanlara başqa göy cisimlərində yaşamağa imkan verən yeni texnologiyalar lazımdır.

“Aya eniş etdikdən sonra Yer sakinlərini Marsa səfər gözləyir”, – NASA rəhbəri vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…